Azərbaycanda şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi tələbi ləğv edilir.
Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı - YENİ QƏRAR
Qərara əsasən, müəyyən edilib ki, 2022-ci il iyunun 21-dən etibarən xüsusi karantin rejimi ilə bağlı şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi ləğv ediləcək.
Bizim.Media