Azad edilmiş ərazilərin turizm imkanları təqdim ediləcək - Bakıda beynəlxalq sərgi 

Azad edilmiş ərazilərin turizm imkanları təqdim ediləcək - Bakıda beynəlxalq sərgi 

Hazırda oxunan: Azad edilmiş ərazilərin turizm imkanları təqdim ediləcək - Bakıda beynəlxalq sərgi 

80144

23-26 iyun tarixlərində Bakıda baş tutacaq 4-cü HESTOUREX Dünya Sağlamlıq Turizmi sərgisi ilə bağlı konfransı keçirilib.

Bizim.Media xəbər verir ki, sərginin rəsmi dəstəkçilərindən olan Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası İdarə Heyətinin sədri Ruslan Quliyev HESTOUREX barədə mətbuat nümayəndələrini məlumatlandırıb.

O qeyd edib ki, tədbirə Cənubi Amerika qitəsi xaric, dünya ölkələrindən 1000-ə yaxın sağlamlıq turizmi təşkilatı qatılacaq. 

Türkiyənin də məşhur termal və sağlamlıq turizmi mərkəzlərinin iştirakı ilə baş tutacaq sərgidə çoxsaylı B2B görüşlərin təşkili planlaşdırılır. Sərgi zamanı çoxlu panellər və xüsusi təqdimatlar nümayiş olunacaq. İştirakçılar sərgi məkanında – Bakı Kristal Holda xəstəxanalar, klinikalar və turizm agentlikləri ilə işgüzar görüşlər keçirmə şansı əldə edəcəklər.

Ruslan Quliyev qeyd edib ki, bu sərginin özəlliklərindən biri də Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarının da termal turizm imkanlarının burada nümayiş etdirilməsidir.

HESTOUREX sərgisinin təşkilatçısı, Alanya Sağlamlıq Turizmi Assosiasiyasının sədri Ahmet Girgin Azərbaycanla Türkiyə arasında xüsusilə sağlıq turizmi əlaqələrinin daha da genişlənməsində bu sərginin böyük rol oynayacağını diqqətə çatdırıb. 

Qeyd edək ki, sərgi rəsmi olaraq Dövlət Turizm Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası tərəfindən dəstəklənir.
Bu sərgidə iştirak etmək istəyənlər ətraflı məlumat və qeydiyyat forması üçün aşağıdakı vebsayta daxil ola bilər.

//hestourexazerbaycan.com/en/visitor/

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO