Dövlət qulluğuna qəbul imtahanlarının nəticələri AÇIQLANDI

Dövlət qulluğuna qəbul imtahanlarının nəticələri AÇIQLANDI

Hazırda oxunan: Dövlət qulluğuna qəbul imtahanlarının nəticələri AÇIQLANDI

80139

Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə iyunun 19-da keçirilən imtahanlarının nəticələri elan olunub.

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, iyunun 19-da DİM kağız daşıyıcılar vasitəsilə dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı, həmçinin inzibati icraçı vəzifələrə aid olan BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.
Namizədlər aşağıdakı keçidlər vasitəsilə imtahan nəticələri ilə tanış ola bilərlər: dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi.

Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Dövlət qulluğuna qəbul imtahanında 2105 nəfər iştirak edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO