İcbari şəxsi sığortaçılara ŞAD XƏBƏR – Bu ildən başlayaraq problemlərini DSMF-də həll edəcəklər

İcbari şəxsi sığortaçılara ŞAD XƏBƏR – Bu ildən başlayaraq problemlərini DSMF-də həll edəcəklər

Hazırda oxunan: İcbari şəxsi sığortaçılara ŞAD XƏBƏR – Bu ildən başlayaraq problemlərini DSMF-də həll edəcəklər

80137

"Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmana ötən həftə Respublika Prezidentinin müvafiq fərmanı ilə müəyyən dəyişikliklər olunub.

Bu dəyişiklikdən sonra dövlət icbari şəxsi sığorta üzrə sığorta qeydiyyatını və ödənişini DSMF həyata keçirəcək. Halbuki, buna qədər bu vəzifəni Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirirdi. 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən sığorta üzrə ekspert İlkin İbrahimov Prezidentin son fərmanını zəruri edən səbəbləri söylədi. 
 

MÖVZU İLƏ BAĞLI:

Sığorta bazarı hansı dəyişikliklərə möhtacdır?


Bildirdi ki, “son zamanlar bu məsələlərdə vətəndaşları narahat edən müəyyən mübahisəli məsələlər var idi. Məsələn, kimsə bir il yarım bundan qabaq əlillik dərəcəsi alıb.

Həmin şəxs sonradan və yaxud bu günlərdə sığorta kompensasiyası almaq istəyəndə müəyyən mübahisə yaranırdı. Yəni sığorta ödənişinin hansı qurum tərəfindən ediləcəyi çox zaman əlavə problem yaradırdı. Vətəndaş da qalırdı iki qurumun arasında. Artıq problem həll olunub”.

Fərmana əsasən 2022-ci ilin 1 yanvar tarixinədək əlillik dərəcəsi alanlar yalnız Azərsığortaya müraciət edə bilərlər.

Bu qurum da toplanmış sənədləri DSMF-yə göndərəcək. 1 yanvar 2022-ci ildən sonra əlillik alanlar isə birbaşa DSMF-yə müraciət etməlidirlər. 

Xatırladaq ki, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının işçiləri, diplomatik nümayəndəliklərin əməkdaşları, Milli Məclis üzvləri və Məclisin işçiləri dövlət icbari şəxsi sığortaçısı hesab edilir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO