Sosial yardımı kəsilən Goranboy sakininin problemi HƏLL OLUNDU - ÖZƏL

Sosial yardımı kəsilən Goranboy sakininin problemi HƏLL OLUNDU - ÖZƏL

Hazırda oxunan: Sosial yardımı kəsilən Goranboy sakininin problemi HƏLL OLUNDU - ÖZƏL

80135

Goranboyda vətəndaşın adına avtomobil çıxdığı üçün sosial yardım ala bilməməsini xəbər vermişdik. Söhbət rayonun Tatarlı kənd sakini, 1973-cü il təvəllüdlü Sahib Məhəmməd oğlu Məmmədovdan gedir. Vətəndaş bu ilin yanvarına qədər 3 il müddətində sosial yardım alıb.

Adına avtomobil çıxdığı üçün isə sosial yardımı kəsilib. Şikayətçinin müvafiq quruma müraciəti zamanı məlum olub ki, Sahib Məmmədovun adına çıxan avtomobil Binəqədi rayonunda yaşayan, əslən Qubadlı rayon sakini, eyni ad və soyadlı şəxsə məxsusdur.

O, bu barədə Gəncə Rayon Polis Şöbəsindən adına avtomobil olmamasını təsdiq edən arayış alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmişdi.
 

MÖVZU İLƏ BAĞLI:

Sosial yardımı kəsilən Goranboy sakini adına avtomobil olmamasını TƏSDİQ ETDİ – Nazirlik hansı addımı ATACAQ?  


Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Bizim.Media-ya açıqlamasında bildirib ki, ünvanlı dövlət sosial yardımı üçün müraciət edən Sahib Məmmədovun adına elektron sistemdə nəqliyyat vasitəsi olduğu artıq aşkar edilmir:

“Ona görə də növbəti müraciəti zamanı istifadəsində və ya mülkiyyətində nəqliyyat vasitəsinin olması ilə bağlı elektron sistem tərəfindən ona yardım təyin edilməsindən imtina qərarı verilməyəcək. Sahib Məmmədovla əlaqə saxlanılıb və ona bu barədə məlumat verilib”.

Qeyd edək ki, sözügedən problem Bizim.Media-da ictimailəşəndən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq şöbəsi vətəndaşın şikayətini nəzarətə götürmüşdü. 

Xatırladaq ki, analoji hadisə Goranboy rayonunun Balakürd kənd sakini olan Aslanovlar ailəsində də baş vermişdi. Ailə başçsı Hüseyn Aslanovun oğlu Həsən Aslanovun adına 1976-cı ilin istehsalı olan avtomobil çıxmışdı. Problem saytımıza gündəmə gətiriləndən sonra müvafiq qurumlar tərəfindən həll olunmudu. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO