Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Vaqif oğlunun (Səbuhi Rəcəb) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında ittiham olunan şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə araşdırması iyulun 4-ə təyin olunub.
İttihama görə, Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək 341 min manat dələduzluqda təqsirli bilinir.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Xatırladaq ki, Səbuhi Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.
2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin edilib. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:20 / 20.06.2022
Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti dələduzluqda ittiham olunur - 341 min manatlıq...
Hazırda oxunan: Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti dələduzluqda ittiham olunur - 341 min manatlıq...
Hazırda oxunan: Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti dələduzluqda ittiham olunur - 341 min manatlıq...
80114
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.