“12 min qazi işlə təmin olunub” – Nazir müavini 

“12 min qazi işlə təmin olunub” – Nazir müavini 

Hazırda oxunan: “12 min qazi işlə təmin olunub” – Nazir müavini 

80096

İndiyədək 3 min qazinin əlilliyi müəyyən olunub. 

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib. 

“Bu məsələ ilə bağlı biz müvafiq qurumlarla birgə işləyirik. Artıq minlərlə qazi ağır və yüngül xəsarətlərə görə də ödənişlərini alırlar", - A.Kərimov bildirib. 

Nazir müavini qeyd edib ki, təqribən 12 min qazi işlə təmin olunub: "Bu şəxslərə 20 min reabilitasiya vasitəsi verilib". 

Trend-in məlumatına görə, nazir müavini qeyd edib ki, Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı da müəyyən işlər gedir. 

“Qazilər bizim fərəh və qürur yerimizdir. Bu sahədə nə etsək, yəqin ki, kifayət olmayacaq. Əlbəttə ki, əlavə tədbirlərə ehtiyac var”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO