“Azərsu”nun Hökməliyə su vermək məsələsi planda yoxdur – Anar Cəbrayıllı səbəbləri AÇIQLADI 

“Azərsu”nun Hökməliyə su vermək məsələsi planda yoxdur – Anar Cəbrayıllı səbəbləri AÇIQLADI 

Hazırda oxunan: “Azərsu”nun Hökməliyə su vermək məsələsi planda yoxdur – Anar Cəbrayıllı səbəbləri AÇIQLADI 

80075

Ceyranbatan su anbarının iki addımlığında yerləşən Hökməli qəsəbəsinin sakinləri içməli su problemindən illərdir ki, şikayətçidir. Xüsusi ilə yay aylarında bu məsələ daha da aktuallaşır. Bu qəsəbədə, sözün həqiqi mənasında yay aylarında su üçün ilan mələyir.

Bizim.Media-ya müraciət edən qəsəbə əhalisi qeyd edir ki, onlar içməli suyu pulla alırlar. Bir maşına 40 manat civarında pul ödəyirlər. Çünki qəsəbəyə verilən suyun adı var, özü yox. Bəzi hissələrdə su təchizatı olsa da, o da fasilələrlə, bəzən həftədə bir saat müddətində baş verir. 

Məsələ ilə bağlı ilk olaraq Abşeron Rayonu İnzibati Ərazi üzrə İcra Nümayəndəliyi ilə əlaqə saxladıq. Qurumdan bunun təzə xəbər olmadığını və içməli su probleminin Hökməlininn əbədi dərdi olduğunu dedilər:
 

MÖVZU İLƏ BAĞLI:

“Azərsu” hansı halda vətəndaşa sudan istifadəni qadağan edə bilər? - DETALLAR


"Bununla bağlı sakinlər bizə dəfələrlə müraciət ediblər. Sonuncu dəfə imza toplayaraq şikayətlərini bildirdilər. Biz sakinlərin bu şikayətlərini “Azərsu” ASC-yə yönəltsək də, heç bir nəticəsi yoxdur”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da sözügedən məsələylə bağlı rayonun bələdiyyə, icra qurumlarının dəfələrlə müraciət etdiyini təsdiqlədi:

"Bu barədə aidiyyəti qurumlar sakinlərin şikayətlərini bizə yönəldiblər. Hökməli qəsəbəsinin bir hissəsində vətəndaşların özləri su xəttləri çəksələr də, digər hissəsində su xəttləri yoxdur. Ona görə də su maşınlarına müraciət edirlər. Hazırda bizim bu problemi həll etmək imkanımız yoxdur”.

Anar Cəbrayıllı həmçinin, problemin həllinin bu il üçün nəzərdə tutulmadığını da bildirdi:

"2022-ci il "Azərsu" nun investisiya planında qəsəbədə su probleminin həlli istiqamətində hər hansı işlərin görülməsi nəzərdə tutulmayıb. Amma "Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Master plan"ına əsasən, Bakıətrafı ərazilərin hər birində mərkəzləşmiş şəbəkənin yaradılması mümkündür".
Anar Cəbrayıllı onu da vurğuladı ki, bu layihənin həyata keçirilməsi dövlət büdcəsindən ayrılmış investisiya planına müvafiq mərhələlərlə həyata keçirilir:

"Növbəti illərdə təsdiqlənən layihələr icra olunacaq. İndi Hökməli qəsəbəsi ilə bağlı dəqiq vaxt demək mümkün deyil".

İmamət İsmayılova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO