FHN-dən əhaliyə çimərliklərlə bağlı MÜRACİƏT 

FHN-dən əhaliyə çimərliklərlə bağlı MÜRACİƏT 

Hazırda oxunan: FHN-dən əhaliyə çimərliklərlə bağlı MÜRACİƏT 

80049

Fövqəladə Hallar Nazirliyi çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib. 

Bu barədə Bizim.Media-ya nazirliyin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, çimərlikdə xoş zaman keçirmək üçün bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsi vacibdir.

Belə ki, çimərliklərdə nəzərdə tutulmamış ərazilərdə çimmək; çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək; küləkli havada dənizə girmək; çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq; suda kobud hərəkətlər etmək; çimərlikdə balıq tutmaq; xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır. 

Vurğulanıb ki, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. 
“Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir”, - məlumatda deyilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO