Bərdədə törədilən qətllə bağlı AÇIQLAMA 

Bərdədə törədilən qətllə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Bərdədə törədilən qətllə bağlı AÇIQLAMA 

80029

İyunun 18-i saat 13 radələrində Bərdə rayonu Şatırlı kənd sakini 1989-cu il təvəllüdlü Anar Hüseynovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1962-ci il təvəllüdlü Namiq Hüseynovun şəxsi mübasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Anar Hüseynovu qəsdən öldürməsinə, daha sonra həmin tüfəngdən özünün baş nahiyəsinə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO