Azərbaycanda sığorta sahəsində işləyən V. M (ad və soyadlar şərtidir – red.) tanışı tərəfindən şantaj olunub, cinsi zorakılığa məruz qalıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini T.Q. münasibətdə olduğu V.M.-ni sığortada işlədiyi vaxtlarda mütəmadi olaraq narahat edib.
Sonralar dəfələrlə ona qarşı hədə-qorxu gəlib, cinsi zorakılığa məruz qoyub.
V.M. 2021-ci ilin martından qadını tanıyıb, onunla münasibət qurmağa çalışıb. Qadın isə ondan dəfələrlə əl çəkməsini və uzaqlaşmasını bildirib.
V.M. qadından əl çəkməyib, onunla söhbət etməsini, görüşməsini tələb edib.
Qadın cinsi zorakılığa necə məruz qalıb?
V.M. münasibətlərin davam etməsinə etiraz etdikdə kişi onu, ailəsini öldürəcəyi və Xırdalanda adını biabır edəcəyi ilə hədələyib.
Qadın ailəsinə zərər gəlməsin deyə, onunla məcburi şəkildə görüşüb, münasibət davam edib.
İntim münasibətdə olan zaman T.Q. qadının xəbəri olmadan video çəkiliş edib.
Sonra qadın onunla bir daha görüşmək istəmədiyini deyəndə isə həmin videonu göstərib. O, görüntüləri hamıya, hətta qadının valideynlərinə belə göstərəcəyi ilə onu hədələyib.
Bundan sonra qadın intim münasibətdə olduğu kişinin şantajları ilə üz-üzə qalıb. T.Q. qadını bu şantajlarla əlində saxlamaq, onunla intim həyatı davam etdirmək istəyib.
T.Q. qadını həm təhqir edib, həm də fahişəlikdə günahlandırıb.
Ata və anasına da dedi, şantajlar artdı
Qadın T.Q.-nin hərəkətlərindən çox çıxılmaz vəziyyətdə qalıb.
O, sonra özündə güc toplayıb, olanları anasına və atasına deyib.
Bundan sonra T.Q. şantajları daha da artırıb. O, “watsapp” şəbəkəsində qadınla cinsi münasibətdə olduğu şəkillərdən epizodlar qoyub, onu söyüb, hədələyib.
T.Q. “watsapp”da yazdıqları ilə qadını və ailəsini təhqir edib, onları pozğun ailə kimi qələmə verib. Bu hərəkətləri ilə o, qadına psixoloji təsir göstərərək, onunla münasibətini yenə davam etdirmək istəyib.
T.Q. V.M. ilə yanaşı, onun bacılarını da pozğunluqda, eləcə də anasını da evə kişi gətirməkdə ittiham edib.
Məhkəmə şikayətə niyə baxmayıb?
V.M. T.Q. barəsində xüsusi ittiham qaydasında Abşeron rayon Məhkəməsinə şikayət edib. O, T.Q.-nin 147.1-ci (təhqir) və 148-ci (böhtan) maddələri ilə cəzalandırılmasını istəyib.
Qeyd edək ki, V.M. məhkəmə ilə yanaşı, cinsi zorakılığa məruz qalması ilə bağlı da hüquq-mühafizə orqanlarına müraciət edib. Onun müraciəti əsasında isə Nəsimi rayon Prokurorluğunda araşdırma başlanılıb.
V.M.-nin iddia ərizəsinə Abşeron rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva baxıb.
Hazırlıq iclasında hakim iddia ərizəsinin məhkəmə baxışına verilməsindən imtina edilməsi barədə qərar qəbul edib. Buna səbəb isə iddia ərizəsinin sözügedən məhkəməyə aid olmaması göstərilib.
Qeyd olunub ki, şikayət yaşayış yeri üzrə yox, hadisənin baş verdiyi yer üzrə məhkəməyə müraciət olunmalıdır.
Prokurorluqda araşdırma
Bundan başqa, T Q. barəsində təcavüzə məruz qalan qadının anası da ayrıca şikayətçi olub. Onun anası T.Q.-nin Cinayət Məcəlləsinin 147.1, 148-1 və 147-ci maddələri ilə cəzalandırılmasını istəyib. Buna səbəb T.Q.-nin onun və qızları barəsində xoşagəlməz ifadələr işlədib, ona söyüş dolu mesajlar göndərməsi olub.
Bu şikayətə isə Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılıb. Eyni qaydada bu şikayətə də baxılmaqdan imtina edilib.
Qeyd edək ki, V.M.-yə qarşı cinsi zorakılıq və şantajla bağlı hazırda Nəsimi rayon Prokurorluğunda araşdırmalar aparılır.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:23 / 20.06.2022
Azərbaycanda şok olay: Sığorta işçisini intim görüntüləri ilə şantaj etdilər, anasını və bacılarını isə...
Hazırda oxunan: Azərbaycanda şok olay: Sığorta işçisini intim görüntüləri ilə şantaj etdilər, anasını və bacılarını isə...
Hazırda oxunan: Azərbaycanda şok olay: Sığorta işçisini intim görüntüləri ilə şantaj etdilər, anasını və bacılarını isə...
80028
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.