Marixuana çəkən sürücü saxlanıldı - FOTO

Marixuana çəkən sürücü saxlanıldı - FOTO

Hazırda oxunan: Marixuana çəkən sürücü saxlanıldı - FOTO

79923

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-nın yerli bürosuna  verilən məlumata görə, “VAZ-21144” markalı avtomobilin sürücüsü, şəhər sakini Rəvan Şükürlü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından həmin şəxsin müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən sürücünün marixuana istifadə etdiyi məlum olub.

Polis şöbəsində toplanan materiallar şəhər  məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə R.Şükürlü barəsində qanunamüvafiq tədbir görülüb.

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO