“WhatsApp” qrup zənglərində yeni FUNKSİYA

“WhatsApp” qrup zənglərində yeni FUNKSİYA

Hazırda oxunan: “WhatsApp” qrup zənglərində yeni FUNKSİYA

79869

“WhatsApp” tərtibatçıları “Android” və “iOS” sistemlərində messencerə yeniləmə təqdim ediblər. Yeniliklərdən biri odur ki, artıq qrup zənglərinin iştirakçılarının səsini söndürmək mümkün olacaq.

Bizim.Media "Tecno.com" saytına istinadən xəbər verir ki, istifadəçilər indi qrup zəngi zamanı digər iştirakçıların səsini söndürə biləcəklər.

Bu, həmsöhbətlərdən birinin mikrofonu söndürməyi unutduğu zaman çox faydalı ola bilər. Bu funksiya qrup zəngində iştirak edən hər kəs üçün əlçatan olacaq.

Bundan başqa, yenilənmədən sonra qrup zənginin iştirakçıları bir-birinə şəxsi mesajlar da göndərə biləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO