Azərbaycanlı gənclər beynəlxalq forumda iştirak etdilər - FOTO

Azərbaycanlı gənclər beynəlxalq forumda iştirak etdilər - FOTO

Hazırda oxunan: Azərbaycanlı gənclər beynəlxalq forumda iştirak etdilər - FOTO

79861

Bu ilin 8-14 iyun tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 4 nəfərdən ibarət  nümayəndə heyəti Rusiyanın Orenburq şəhərində keçirilən “Eurasia Global” Beynəlxalq Gənclər Forumunda iştirak edib.

Bizim.Media xəbər verir ki, 63 ölkədən olan 500 nəfər gəncin iştirak etdiyi Forum Orenburqda keçirilən sayca yeddinci Forumdur.

Forum dünyanın müxtəlif ölkələrindən olan gənclərin beynəlxalq əməkdaşlığının və şəbəkələşməsinin inkişaf etməsi məqsədi ilə keçirilir.

Azərbaycanın nümayəndə heyətini qeyd olunan tədbirdə "İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin vitse prezident – Xaqani Fərəcov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının əməkdaşı – Jalə Həsənova, DİM üzrə gənc səfirlər Xəyal Məmmədli, Hacı Mayılzadə təmsil edib. 

Beynəlxalq Gənclər Forumunun işgüzar proqramı “İctimai diplomatiya”, “Müasir medianın inkişafı” və “Humanitar təsir” kimi mövzulardan ibarət 50-dən çox müxtəlif mövzuları əhatə edən seminar və təlimlərdən ibarət olub. 

Forumun işgüzar proqramı “Rosmolodej”un fəaliyyətinə uyğun gələn və BMT-nin davamlı inkişaf məqsədlərinə cavab verən “Könüllülük”, “Karyera”, “Media”, əlavə olaraq, “Soydaşlar” 4 əsas istiqaməti əhatə edib.

Azərbaycanın nümayəndə heyəti forum çərçivəsində keçirilən mədəniyyət gecəsində milli rəqs və milli geyimlər sərgisində iştirak edərək, Azərbaycanın milli adət-ənənələrini forum iştirakçılarına təqdim etmiş, ölkəmizin zəngin mədəniyyətinin inciləri haqqında məlumat veriblər.

Nümayəndə heyəti Orenburq şəhərində fəaliyyət göstərən Azərbaycan Diaspora təşkilatının rəhbəri İlkin Kərimov, diaspora təşkilatının nümayəndələri, Orenburqda təhsil alan və yaşayan aktiv gənclərlə fikir mübadiləsi apararaq gələcək birgə fəaliyyətlərini müzakirə ediblər.

Bizim.Media
 













 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO