Mingəçevirdə dördüncü mərtəbədən yıxılan qadın icazəsiz qonşunun evinə necə girib? - Film kimi olayın TƏFƏRRÜATLARI

Mingəçevirdə dördüncü mərtəbədən yıxılan qadın icazəsiz qonşunun evinə necə girib? - Film kimi olayın TƏFƏRRÜATLARI

Hazırda oxunan: Mingəçevirdə dördüncü mərtəbədən yıxılan qadın icazəsiz qonşunun evinə necə girib? - Film kimi olayın TƏFƏRRÜATLARI

79850

Xəbər verdiyimiz kimi, ötən gün Mingəçevirdə 27 yaşlı qadın 5 mərtəbəli binanın dördüncü mərtəbəsindən yıxılaraq ağır bədən xəsarətləri alıb.

Bizim.Media-nın məlumatına görə, hadisə dünən Nəriman Nərimanov küçəsi 15 ünvanında yerləşən 5 mərtəbəli binanın 4 cü mərtəbəsində baş verib.

Belə ki, 1995-ci il təvəllüdlü İbişsoy Rüfanə Elxan qızı 4-cü mərtəbənin yan pəncərəsindən yıxılaraq yerə çırpılıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Təcili Tibbi Yardım şöbəsinin həkimi Rəmziyyə Süleymanovanın verdiyi məlumata görə, sağ baldır nayihəsindən açıq və qapalı travma alan yaralı qadın hazırda cərrahiyyə şöbəsindədir və durumu stabildir.
Hadisənin ən maraqlı tərəfi isə odur ki, Rüfanə İbişsoy özünün kirayədə yaşadığı mənzilin pəncərəsindən deyil, qapı qonşusu Xanım Qasımovanın pəncərəsindən yıxılıb. Ev sahibinin sözlərinə görə, hadisə zaman ailə üzvləri həyətdə, qapıları isə bağlı olub. Təsadüfən evə qalxan zaman kilid qapını açmayıb və bərk səslə “polis çağırın, evdə adam var” – deyə qışqırıblar.

Elə məhz bu zaman aşağıda çığırışma düşüb ki, qız özünü yerə atıb. Qonşulardan adının çəkilməsini istəməyən bir başqa xanım isə bir ara açarının və bank kartının itdiyini deyir.

O zaman müəmmalı şəkildə marketlərdən birində kartındakı hesabdan alış veruş edilib və bu barədə polisə həmin an zərərçəkən olaraq məlumat verilib. Hadisənin baş verdiyi mənzilin sahibinə gəlincə isə özlərinin etirafına görə, mərhələli şəkildə müxtəlif vaxtlarda 3 min manat dəyərində qızıl və nağd pul oğurlanıb.

Bir uşaq anası olan Rüfanə qonşu kimi onlara gəlişli-gedişli olduğundan şübhələnməyiblər. Amma bu son hadisə zamanı onun müammalı şəkildə bağlı mənzilə girib sonradan çıxa bilmədikdə özünü yerə atması çoxsaylı suallar doğurur. 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Bizim.Media-ya bildirib ki, həmin faktla bağlı hazırda Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Qadının hansı məqsədlə qonşusuna məxsus mənzilə icazəsiz daxil olması aparılan araşdırmalardan sonra məlum olacaq və nəticədən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.  

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO