Mingəçevir tibbinin bu günü – Problemlər necə həll olunmalıdır? 

Mingəçevir tibbinin bu günü – Problemlər necə həll olunmalıdır? 

Hazırda oxunan: Mingəçevir tibbinin bu günü – Problemlər necə həll olunmalıdır? 

79824

"Mingəçevir kimi ölkənin önəmli səhiyyə mərkəzlərindən birinin tibb müəssələrini bir xəstəxanaya yerləşdirməsi əvvəldən yanlış qərar olub, bu gün normadan artıq sıxlıq yaşanır". 

Bizim.Media-nın yerli bürosuna bu barədə açıqlama verən Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi müəssisəsinin direktor vəzifəsini icra edən Abdulqədir Sultanov vaxtilə buraxılmış nöqsanların aradan qaldırılmasının vacib olduğunu bildirib.

"Mingəçevir əzəldən bölgənin ən böyük tibb mərkəzlərindən biri olub. Bölgə insanı daim kütləvi şəkildə buradakı tibb müəssəslərinə üz tutub. Mərkəzi xəstəxana, Uşaq xəstəxanası, Doğum evi, Dəri Zöhrəvi Dispanseri, Vərəm Dispanseri və digər xəstəxanaları müxtəlif ünvanlarda ayrı-ayrılıqda fəaliyyət göstərərək bölgənin müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlarına şəfa verib.
Təəssüf ki, naməlum səbəbdən həmin tibb ocaqları köçürülərək Mərkəzi Xəstəxanaya yerləşdirilib. Statistikamıza əsasən 11 şəhər və rayon əhalisi daim xəstəxanamıza müraciət edir. Sıxlıq və çətinliklər yaşanır” – deyə direktor qeyd edib.

Abdulqadir Sultanov əvvəlki müəssisələrin əvvəlki yerində və qaydada fəaliyyətinin bərpa olunması zərurətini aidiyyəti qurumların və Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının diqqətinə çatdırıb.

A.Sultanovun dediyinə görə, Mingəçevir kimi bir şəhərdə digər diqqət çəkən problem bəzi ixtisaslar üzrə həkim çatışmazlığıdır:

“Travmatoloq-ortiopedimiz ümumiyyətlə yoxdur. Lor və Dəri zöhrəvi həkim mütəxəssisimiz isə hər sahədən cəmi bir nəfərdir. Axı bu şəhər 11 bölgə vətəndaşına xidmət edir. Əvvəllər belə çətinlik yaşanmayıb".
Bəs problemin həllini nədə görürsünüz?” sualına da təcrübəli həkim aydınlıq gətirib:

"İndi gənc və savadlı mütəxəssislərin xaricə axını müşahidə olunur. Yaxud onların əksəriyyəti paytaxtın digər özəl tibb ocaqlarında çalışmağa üstünlük verirlər. Hesab edirəm ki, əvvəlki dönəmlərdə olduğu kimi Azərbaycan Dövlət Tibb Unversiteti məzunlarına məcburi təyinatlar verməlidir. Ən azından 3 illik və gənc mütəxəssislər üçün bölgədə zəruri stimul yaradılmalıdır". 

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO