Universitetlər tələbəni necə TƏLƏYƏ salır? – Maraqlı TƏZAD

Universitetlər tələbəni necə TƏLƏYƏ salır? – Maraqlı TƏZAD

Hazırda oxunan: Universitetlər tələbəni necə TƏLƏYƏ salır? – Maraqlı TƏZAD

79817

“Universitetlərin tələsinə baxın! Bütün qruplarda 150 ballıq ixtisaslar var. Həmin ixtisasların illik təhsil haqqı ən prestijli ixtisasların bir çoxunun illik təhsil haqqından daha bahadır. Çünki, universitetlər bilir ki, 150-200 bal aralığı yığanlar əlacsızlıqdan “təki qəbul olum” prinsipilə məhz həmin ixtisasları yazacaqlar və nəticədə universitet qazanacaq”. 

Bu fikirləri Bizim.Media-ya təhsil eksperti Elçin Əfəndi bildirib. Onun sözlərinə görə universitetlər bilir ki, 150 ballıq ixtisasa 150-200 bal aralığı nəticə əsasında qəbul olan tələbənin potensialı zəifdir və o, 100% semestr imtahanlarında kəsiləcək:
 

MÖVZU İLƏ BAĞLI:

İşsizlik yaradan əsas səbəb - Abuturiyentlər düzgün ixtisas seçimi etmirlər


“Nəticədə fənn üzrə kredit ödəyəcək. O kredit də yenə universitetin büdcəsinə gedir. Beləliklə, hər iki halda qazanan universitetdir. IV kursa kimi bitəhər gələn tələbəni dövlət imtahanında 3-5 min almaqla keçirirsiniz.

Bir də illik təhsil haqları, kəsrlərlə tələbələri vurmayın! Türkiyədə elə universitetlər var ki, təhsil keyfiyyətinə bizim bir çox universitet yaxın gedə bilməz, amma həmin universitetin illik təhsil haqqı 300-700 manat aralığındadı. Bir sözlə bizim bəzi universitetlərin 1 illik təhsil haqqı ilə Türkiyədə 4 illik təhsil haqqını bağlamaq olar. Ona görə də vətəndaş Türkiyə və başqa ölkələrin universitetlərinə üz tutur”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO