Bakıda intiharın qarşısını alan polis yaralandı

Bakıda intiharın qarşısını alan polis yaralandı

Hazırda oxunan: Bakıda intiharın qarşısını alan polis yaralandı

79809

İyunun 17-si saat 21 radələrində Şirvan şəhər sakini, əvvəllər narkotik vasitələrin istifadəsinə və satışına görə məhkum olunmuş 32 yaşlı Elzamin Allahverdiyev paytaxtın Nəsimi rayonu ərazisindəki yaşayış binalarından birinin 5-ci mərtəbəsinə çıxaraq oradan özünü atmağa cəhd göstəriib. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hadisə yerinə gəlmiş Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı İ.Cavayev aşağı mərtəbədəki pəncərənin şüşəsinin yumruqla qıraraq E.Allahverdiyevin ayağından tutmuş və digər polis əməkdaşlarının köməyi ilə cəhdin qarşısını alaraq onun həyatını xilas edib. 

Sağ bilək və baş nahiyəsindən kəsik xəsarətləri almış polis əməkdaşı DİN-in hospitalına yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO