Ağsu rayonunun Çiyni kəndində 1764 hektar ərazidə yaradılan aqroaparkda taxıl yığımına başlanılıb.
İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, əkinçilik və heyvandarlıq üzrə ixtisaslaşmış aqroparkın 1281 hektarında arpa, buğda, qarğıdalı və yonca əkilib.
Aqroparkın 1600 başlıq heyvandarlıq kompleksində 1264 baş südlük və ətlik cins iribuynuzlu heyvan saxlanılır. Kompleksin illik istehsal gücü 4200 ton süd, 900 ton ət təşkil edir.
İndiyədək aqroparka 18 mln. manat investisiya qoyulub. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi əsasında sahibkar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 1,42 mln. manat vəsaitə qənaət edib.
2021-ci ildə aqroparkda 2584 ton arpa, 3143 ton buğda, 4963 ton silos qarğıdalı, 1395 ton dən qarğıdalı, 444 ton yonca, 2 838 ton süd və 66 ton ət istehsal edilib. Aqroparkda 200 daimi, 250 mövsümi iş yeri yaradılıb.
“Ağsu Aqropark”da ümumi tutumu 13 500 kub m. olan 9 taxıl anbarı, ümumi tutumu 1000 kub m. olan 10 silos anbarı mövcuddur.
Bundan başqa, aqroparkda müasir standartlara uyğun günlük istehsal gücü 120 ton olan toxum, 150 ton olan yem zavodları fəaliyyət göstərir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
02:23 / 18.06.2022
“Ağsu Aqropark”da taxıl yığımına başlandı
Hazırda oxunan: “Ağsu Aqropark”da taxıl yığımına başlandı
Hazırda oxunan: “Ağsu Aqropark”da taxıl yığımına başlandı
79792
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.