ABŞ-ın Nyu-York şəhərində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlətlərin 39-cu iclası çərçivəsində BMT-nin İnsan Hüquqları Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.
Xarici İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, seçkilərdə Komitədə mövcud olan 9 vakant yer uğrunda 17 ölkənin namizədi, o cümlədən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov mübarizə aparıblar.
173 dövlətin iştirak etdiyi səsvermədə Azərbaycan namizədi 94 səs toplayaraq Komitənin üzvü seçilib.
Qeyd edək ki, 1993-cü ildə təsis edilmiş BMT-nin İnsan Hüquqları Komitəsi Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının tərəf dövlətlər tərəfindən yerinə yetirilməsinin monitorinqini aparır və qlobal səviyyədə insan hüquqlarının müdafiəsi sahəsində başlıca beynəlxalq mexanizmlərdən biri hesab edilir.
18 üzvdən ibarət olan Komitəyə Azərbaycan nümayəndəsi ilk dəfədir seçilir.
Xarici İşlər Nazirliyi Azərbaycan nümayəndəsinin bu mötəbər quruma seçilməsinə dəstək vermiş bütün dövlətlərə öz minnətdarlığını bildirir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:41 / 17.06.2022
Nazir müavini İnsan Hüquqları Komitəsinə üzv seçildi - BMT
Hazırda oxunan: Nazir müavini İnsan Hüquqları Komitəsinə üzv seçildi - BMT
Hazırda oxunan: Nazir müavini İnsan Hüquqları Komitəsinə üzv seçildi - BMT
79780
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.