Bərdə sakini silahla saxlanıldı

Bərdə sakini silahla saxlanıldı

Hazırda oxunan: Bərdə sakini silahla saxlanıldı

79747

Bərdə rayon sakinindən yivli silah aşkar edilərək götürülüb.  

Bu barədə Bizim.Media-nın Qarabağ bürosuna DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.  

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Elnur Paşayevin qanunsuz olaraq silah saxladığı müəyyən edilib. Onun yaşadığı ünvana baxış keçirilən zaman “TOZ C-8931” markalı yivli silah və 22 ədəd patron aşkar edilərək götürülüb.  
Faktla bağlı Bərdə RPŞ-də istintaq tədbirləri davam etdirilir.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO