Zəfər Kubokunun final proqramı açıqlanıb

Zəfər Kubokunun final proqramı açıqlanıb

Hazırda oxunan: Zəfər Kubokunun final proqramı açıqlanıb

79727

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər Kubokunda final oyununun proqramı müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, mayın 4-də İAM-ın yaradılmasının ildönümündə start götürən turnirin həlledici qarşılaşması iyunun 19-na - mərhum jurnalist və idman xadimi Elnur Əşrəfoğlunun anadan olmasının 48-ci ildönümünə təsadüf edəcək.

Bu münasibətlə təşkilatçılar və iştirakçı komandaların nümayəndələri saat 10:00-da mərhumun ailə üzvləri ilə birlikdə E.Əşrəfoğlunun Saray qəbiristanlığındakı məzarını ziyarət edəcəklər. 

Saat 13:00-da Bakı Olimpiya Stadionunun tribunalı qapalı meydançasında Milli Məclisin deputatları ilə I Qarabağ və 44 günlük Vətən müharibəsində iştirak etmiş jurnalistlərdən ibarət "Suqovuşan" komandası arasında yoldaşlıq görüşü start götürəcək. Deputatlar komandasının heyətində Məzahir Əfəndiyev, Mahir Abbaszadə, Tahir Mirkişili, Vüqar Bayramov, Nurlan Həsənov, Fazil Mustafa, Ramin Məmmədov, Cavid Osmanov, Hikmət Babaoğlu və Ceyhun Məmmədov yer alacaq. 

"Suqovuşan" komandasının heyəti isə Mahir Süleymanov, Daşqın Əziz, Mahal Məmmədov, Nurşən Quliyev, Rasim Mədəd, Xalid Ağalıyev, Rəşad Baxşəliyev, Vüsal Hacı və İlkin Əhmədovdan ibarət olacaq. 
Qalib komandaya Zəfər Kuboku, 2 000 manat pul mükafatı, finalçıya isə 1 200 manat pul mükafatı veriləcək. Hər iki komandanın üzvləri diplomlarla da təltif olunacaqlar. 

Eyni zamanda Mətbuat Şurasının sədri Əflatun Amaşov Ən yaxşı qapıçı, Ən məhsuldar oyunçu və Ən yaxşı futbolçuya pul mükafatı təqdim edəcək. 

Turnirin yüksək səviyyədə keçirilməsində əməyi olan Təşkilat Komitəsinin üzvləri, hakimlər və könüllülər də mükafatçılar sırasında yer alacaqlar. 

Qeyd edək ki, Zəfər Kuboku İAM-ın təşkilatçılığı, Azərbaycanın ilk qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, "Huner Group"un sponsorluğu, TOC klinikası və "Kəhriz Su" şirkətinin tərəfdaşlığı, "Report" agentliyinin informasiya dəstəyi ilə təşkil olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO