“Yeniyetmələrin kriminal aləmə marağını şişirtməməliyik” – Psixoloqdan DƏSTƏK

“Yeniyetmələrin kriminal aləmə marağını şişirtməməliyik” – Psixoloqdan DƏSTƏK

Hazırda oxunan: “Yeniyetmələrin kriminal aləmə marağını şişirtməməliyik” – Psixoloqdan DƏSTƏK

79717

Son dövrlərdə yeniyetmə oğlanların kriminal aləmdə “avtoritet” sayılan şəxslərə böyük maraq bəsləmələrini, onları qəhrəmana çevirməklərini müşahidə edirik. Ötən gün məktəblərdə keçirilən “Son Zəng” tədbirlərində oğlanların həmin şəxslərin adlarını və sözügedən aləmə məxsus müxtəlif atributları köynəklələrinə çəkdirməsi də dediklərimizi bir daha təsdiq edir.

Videogörüntüləri görən sosial şəbəkə istifadəçilərindən kimisi günahkar kimi məktəb rəhbərliyini, kimi isə uşaqların özünü görüb. Hətta həmin uşaqların məktəb rəhbərliyi tərəfindən uzaqlaşdırma cəzası almalarını, bu yolla səhvlərini başa düşmələri də tələb edilir.

Bu halda qınaq, tənqid etmək və məktəbdən uzaqlaşdırmaq kimi cəzalar yeniyetmələri uçurum kənarından çəkib darta bilərmi?

Psixoloq Fərqanə Mehmanqızı Bizim.Media-ya açıqlamasında yeniyetmə oğlanların bu hərəkətini “çılğınlıq” adlandıraraq, ciddi problem olmadığını bildirib:

“Yeniyetməliyin qaynar çağlarında uşağı hansı istiqamətə yönləndirirsənsə, o istiqamətə də gedir. Görünür ki, təbliğatda problem var. Ona görə də yeniyetmələrdə adrenalin nəyə daha çoxdursa ona da meyillilik yaranır. Bu tip istəklər bəlli yaş müddətini keçdikdən sonra olmayacaq, ona görə də həmin uşaqların üzərinə çox düşməyi, tənqid etməyi, məsələni şişirtməyi düzgün hesab etmirəm. Sözügedən davranışları etməklə onları intihara sövq etmiş olarıq.
 

MÖVZU İLƏ BAĞLI:

Psixoloq QƏZƏBLƏNDİ: “Qınadığınız gənclik 2 il əvvəl torpaqlarımızı işğaldan azad edib”


Düşünürəm ki, yeniyetməliyin verdiyi çılğınlıqdır və sosial şəbəkələrin də böyük təsir gücü var. 

O tip mahnılar yeniyetmə oğlanlara adrenalin, öz dillərində desək, güc verir və özlərini qəhrəman kimi hiss edirlər. Əks halda məktəblərdə, universitetlərdə verilən düzgün bilik, doğru təbliğat onları yaxşı istiqamətə dəyişdirə bilər”, - deyə o, qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO