19 şagirdin oxuduğu məktəbin iki məzunu... - FOTO

19 şagirdin oxuduğu məktəbin iki məzunu... - FOTO

Hazırda oxunan: 19 şagirdin oxuduğu məktəbin iki məzunu... - FOTO

79710

Şabranın Qələgah kəndi rayon mərkəzindən 12 km aralıda yerləşsə də, kənddə əhalinin sayının çox az olması ilə diqqəti cəlb edir. Yerli əhalinin çoxu yaşayış məntəqəsini tərk edib.  

Şabran rayon İcra Hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, Qələgah kəndində 38 təsərrüfat və 132 sakin var.

Qurumdan yerli əhalinin kənddə az yaşaması onların qış-yay maldarlıqla məşğul olmaları səbəbindən qışda qışlağa getməsi və yayda qayıtması ilə izah edilir.  

Qələgah kəndindəki tam orta məktəb isə adi qaydada fəaliyyətini davam edir. 19 şagirdin oxuduğu təhsil ocağının bu il 3 məzunu olub ki, onlardan biri səhhətinə görə son zəng mərasiminə qatılmayıb.  
Quba-Xaçmaz regional təhsil idarəsindən kənddə əhali sayının az olması səbəbindən şagird kontingentinin də az olduğu bildirilib. Kənddə orta məktəbin fəaliyyət göstərməsi isə təhsilin əlçatanlığı ilə izah edilib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO