Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bizim.Media xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə baş tutan iclasda İmişli rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə bağlı keçirilən yoxlamaların nəticələri açıqlanıb.
Sənədlərdən görünür ki, V.Hacıyev icra başçısı olduğu müddətdə mənzil növbəsində olmayan bir neçə nəfərə qanunsuz mənzillər verib. Bundan başqa, icra hakimiyyəti tərəfindən sosial-kirayə müqavilələri bağlanması və icarə-torpaq sahələrinin verilməsi ilə bağlı qanunsuz sərəncamların olması da məhkəmədə açıqlanıb.
Bu zaman V.Hacıyevin vəkili Elmar Kərimov cinayət işində olan həmin sərəncamlarla bağlı məsələyə etiraz edib. Vəkil deyib ki, sərəncamlar qanuni şəkildə verilib.
O qeyd edib ki, məhkəmədə ifadə verən şahidlər V.Hacıyevi tanımadıqlarını, ona şəxsən pul vermədiklərini deyiblər.
Növbəti məhkəmə prosesi iyunun 20-də davam edəcək.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 2020-ci il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
Həmçinin, V.Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:28 / 17.06.2022
Vilyam Hacıyev mənzil növbəsində olmayanlara qanunsuz mənzillər verib
Hazırda oxunan: Vilyam Hacıyev mənzil növbəsində olmayanlara qanunsuz mənzillər verib
Hazırda oxunan: Vilyam Hacıyev mənzil növbəsində olmayanlara qanunsuz mənzillər verib
79700
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.