Deputat Qaradağda həkim azlığından şikayətləndi – “Xəstələr başqa rayona gedirlər” 

Deputat Qaradağda həkim azlığından şikayətləndi – “Xəstələr başqa rayona gedirlər” 

Hazırda oxunan: Deputat Qaradağda həkim azlığından şikayətləndi – “Xəstələr başqa rayona gedirlər” 

79692

“Qaradağ rayonunda bir neçə il öncə müasir tipli xəstəxana açıldı. Açılış mərasimində cənab Prezident və vitse-prezident də iştirak etdi. Orada müasir texnologiyalara əsaslanan aparatlar da yaradılıb. Lakin həkim çatışmazlığı var”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri Aydın Hüseynov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında bildirib.  

Deputat əlavə edib ki, bu cür vəziyyət hemodializ xəstələrinə xüsusilə problemlər yaradır:  

“Həmin xəstələr həkim çatışmazlığı ucbatından 60 km məsafə qət edib Şirvan şəhərinə gedirlər. Daha əvvəl də bu fikirləri səsləndirmişdim. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət olunub. Elə dializ xəstələri var ki, həftədə 3 dəfə o yolu gedib-gəlməyə məcburdurlar. Problem həll olunmalıdır ki, onlar başqa rayonlara getməyə məcbur qalmasınlar”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO