Zərərli orqanizmlərin siyahısında DƏYİŞİKLİK

Zərərli orqanizmlərin siyahısında DƏYİŞİKLİK

Hazırda oxunan: Zərərli orqanizmlərin siyahısında DƏYİŞİKLİK

79686

Nazirlər Kabineti “Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin Siyahısı”nda dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasında aşkar edilməyən, karantin tətbiq edilən zərərli həşəratlar üzrə siyahıdan Buğda nematodu (Anguina tritici (Steinbuch) Chitwood), Çəltik nematodu (Aphelenchoides besseyi Christie), Dəyişik ipək sarıyan (Lymantria dispar Linnaeus (asian race) (Asiya), Gövdə nematodu (Ditylenchus dipsaci (Kühen) Filipjev), Kartof gövdə nematodu (Ditylenchus destructor Thorne), Kolumbiya kök fır nematodu (Meloidogyne chitwoodi Golden et al.), Qızılı kartof nematodu (Globodera rostochiensis (Wollenweber), Şam gövdə nematodu (Bursaphelenchus xylophilus (Steiner et Buhrer) Nickle), Solğun kartof nematodu ( Globodera pallida (Stone) Behrens) çıxarılıb.

Aşağıdakılar isə siyahıya əlavə edilib:

- Zümrüdü göyrüş qızılböcəyi (Agrilus planipennis Fairmaire)

- Çin uzunbığ böcəyi (Anoplophora chinensis Forster)

- Asiya uzunbığ böcəyi Anoplophora glabripennis Motschulsky

- Afrika yemiş milçəyi (Bactrocera cucurbitae Coquillett)

- Çinar taxtabitisi (Corythucha ciliata Say)

Böyük küknar qabıqyeyəni (Dendroctonus micans (Kugelann)

- Asiya giləmeyvə drozofilası (Drosophila suzukii (Matsumura)

- Kartof torpaq birəböcəyi (Epitrix cucumeris Harris)

- Kök yumrusu birəböcəyi (Epitrix tuberis Gentner)

- Cənubi Amerika yarpaq (Liriomyza huidobrensis lağımlayıcısı Blanchard)

- Tərəvəz yarpaq lağımlayıcısı (Liriomyza sativae Blanchard)

- Yaponiya şam uzunbığ böcəyi (Monochamus alternatus Hope)

- Karolina uzunbığ böcəyi (Monochamus carolinensis Olivier)

- Kiçik küknar uzunbığ böcəyi (Monochamus sutor L.)

- Qırmızı palma böcəyi (Rhynchophorus ferrugineus Olivier)

- Amerika üzüm cırcıraması (Scaphoideus titanus Ball)

- Qvatemala kartof güvəsi (Tecia solanivora Povolny)

- Qara sitrus mənənəsi (Toxoptera citricidus (Kirkaldy).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO