Nişanlı cütlüyün həyatlarını itirdiyi qəzayla bağlı cinayət işi açıldı 

Nişanlı cütlüyün həyatlarını itirdiyi qəzayla bağlı cinayət işi açıldı 

Hazırda oxunan: Nişanlı cütlüyün həyatlarını itirdiyi qəzayla bağlı cinayət işi açıldı 

79636

İyunun 12-si  gecə saatlarında Şəkidə toya hazırlaşan nişanlı cütlük qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, baş vermiş ağır yol qəzası ilə bağlı DİN-in İnstintaq və Təhqiqat Baş İdarəsində cinayət işi açılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə avtomobil ağaca çırpılıb - Ölən və yaralanan var


Qafqazinfo-nun məlumatına görə, hazırda araşdırmalar aparılır. 

Xatırladaq ki, cütlüyün iyun ayının 19-u Baləkən rayonunda toyları olacaqdı. Onlar Balakənin Qullar kəndində yanaşı dəfn ediliblər. 

Nişanlısından 3 gün sonra vəfat edən G.Göyüşova AMEA-nın İnformasiya Texnologiyaları İnstitunun əməkdaşı olub. O, həmin institutun 12 saylı şöbəsində mütəxəssis vəzifəsində çalışırmış. 
Qeyd edək ki, “Mersedes” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub. Nişanlısı 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib və iyunun 15-də Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO