Paytaxtda bu yollarda SIXLIQDIR - SİYAHI

Paytaxtda bu yollarda SIXLIQDIR - SİYAHI

Hazırda oxunan: Paytaxtda bu yollarda SIXLIQDIR - SİYAHI

79627

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi paytaxt yollarında son vəziyyəti açıqlayıb. 

Mərkəzdən Bizim.Media-ya verilən xəbərə görə, Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır: 

1. Bakı-Sumqayıt şossesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər; 

2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - əsas və kənar yol; 

3. Rövşən Cəfərov küçəsində - 20 yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində" 

4. Binəqədi şossesində - mərkəz - Azadlıq prospekti metro stansiyası istiqamətində; 

5. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində; 

6. Əsəd Əhmədov küçəsində, Dadaş Bünyadzadə küçəsi ilə kəsişmədən A.Şərifzadə küçəsi ilə kəsişməyədək Zərdabi prospekti istiqamətində; 

7. Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər kənar yolda; 

8. Koroğlu Rəhimov küçəsində, Təbriz küçəsi ilə kəsişmədən Ak.Həsən Əliyev küçəsi istiqamətində; 


9. Gülarə Qədirbəyova küçəsində, Heydər Əliyev Mərkəzinin yanından Koroğlu Rəhimov küçəsi istiqamətində. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO