Dünya şöhrətli səyyahlar Kəlbəcərdə

Dünya şöhrətli səyyahlar Kəlbəcərdə

Hazırda oxunan: Dünya şöhrətli səyyahlar Kəlbəcərdə

79626

Bir qrup səyyahın Kəlbəcərə səfəri başlayıb. 

Bizim.Media xəbər verir ki, xarici ölkələrdən olan qonaqlar səhər saatlarından Göygöl rayonunun Toğanalı kəndindən yola düşüb. 

Səfərdə Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən olan 24 nəfər dünyaca tanınmış səyyah iştirak edir. 
Onlar rayonda ermənilər tərəfindən törədilən dağılmış ərazilərə baxış keçirəcək, İstisu qəsəbəsindəki mineral bulaqlarla tanış olacaq. 

Günün ikinci yarısından sonra heyət Laçın dəhlizinə yola düşəcək. Daha sonra səyyahların Qubadlı rayonu ilə tanışlığı gözlənilir. 

Sabah isə onlar Zəngilanda inşa edilən hava limanına və Ağalı kəndinə baş çəkiləcək. Qeyd edək xarici səyahlar ötən gündən işğaldan azad edilən Xocavənd, Ağdam və Şuşa şəhərinə səfər ediblər. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO