Heydər Əliyev adına Sarayın direktoru işdən çıxarıldı

Heydər Əliyev adına Sarayın direktoru işdən çıxarıldı

Hazırda oxunan: Heydər Əliyev adına Sarayın direktoru işdən çıxarıldı

79566

Heydər Əliyev adına Sarayın direktoru, Əməkdar artist Ramil Qasımov tutduğu vəzifədən azad olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Buna səbəb onun əmək müqaviləsinin müddətinin bitməsi olub. 

Xatırladaq ki, Ramil Qasımov 10 dekabr 1984-cü ildə Bakıda anadan olub. O, Heydər Əliyev Sarayının direktoru vəzifəsinə 15 dekabr 2020-ci ildə təyin edilmişdi.

Akademik Opera və Balet teatrının solisti olan Ramil Qasımov bundan öncə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin direktoru vəzifəsində çalışıb.

4 noyabr 2015 — 15 dekabr 2020-ci illərdə isə "Mədəniyyət” kanalının direktoru olub.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO