Zəngilanda inşa edilən hava limanından yeni görüntülər - VİDEO

Zəngilanda inşa edilən hava limanından yeni görüntülər - VİDEO

Hazırda oxunan: Zəngilanda inşa edilən hava limanından yeni görüntülər - VİDEO

79550

Şərqi Zəngəzurda infrastruktur layihələrindən biri, Zəngilan rayonundakı hava limanının tikintisi sürətlə davam etdirilir.

Bu da 2020-ci ilin payızında vətən müharibəsi zamanı erməni işğalından azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. 

Bizim.Media xatırladır ki, Zəngilan hava limanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Füzulidən sonra ikinci hava limanıdır.

Uçuş zolağının uzunluğu 3 km, eni 60 metr olacaq, hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yükləri (çəkisi 400 tona qədər) qəbul edə biləcək.

Zəngilan beynəlxalq hava limanının təməli 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən qoyulub, tikintisinə həmin ilin may ayında başlanılıb.

Hazırda hava limanının əsas binasında quraşdırma və elektromexaniki işlər aparılır, yollara asfalt-beton döşənir, uçuş-enmə zolağına beton tökülür, uçuş-enmə zolağının işıqlandırılması üçün transformator quraşdırılır.
Radar qurğusu üçün bazanın tikintisi üzrə işlər demək olar ki, başa çatıb. Aeronaviqasiya avadanlığı üçün elektrik enerjisi və kabellər çəkilir. Avadanlıqlar İtaliya, Türkiyə, Almaniya və digər ölkələrdən alınıb.

Hava limanının 2022-ci ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.

Ərazidə çalışan işçilərin fikrincə, tikintinin sürətli tempi bunu təxminən avqust-sentyabr aylarında həyata keçirməyə imkan verəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO