Gömrükçülər silahlı qüvvələrə 7,6 milyon dəyərində dəstək verdilər - VİDEO

Gömrükçülər silahlı qüvvələrə 7,6 milyon dəyərində dəstək verdilər - VİDEO

Hazırda oxunan: Gömrükçülər silahlı qüvvələrə 7,6 milyon dəyərində dəstək verdilər - VİDEO

7955

Dövlət Gömrük Komitəsi Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə ümumilikdə dəyəri 7,6 milyon manatdan çox olan qeyri-ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar təhvil verib.

Bizim.Media xəbər verir ki, aksiya ötən ilin sentyabr ayının 28-dən etibarən Azərbaycan ərazisində hərbi vəziyyət və qismən səfərbərliyin elan edilməsi ilə əlaqədar hərbi qulluqçuların qeyri-ərzaq məhsullarına olan tələbatının ödənilməsi, habelə "Hərbi vəziyyət haqqında" qanundan irəli gələn tələblərin icrasına töhfə verilməsi ilə bağlı həyata keçirilib.

Belə ki, gömrük orqanlarının ayrı-ayrı vaxtlarda hüquqpozma predmeti kimi götürdüyü 4 743 276 manat dəyərində qeyri-ərzaq məhsulları, eyni zamanda müvafiq məhkəmə qərarlarının icrası məqsədilə 2 948 414 manat dəyərində müxtəlif adda dərman preparatları və tibbi ləvazimatlar silahlı qüvvələrə təhvil verilib.

Proses Baş Prokurorluğun əməkdaşlarının iştirakı ilə həyata keçirilib.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO