Xarici səyyahlar Şuşada - FOTO

Xarici səyyahlar Şuşada - FOTO

Hazırda oxunan: Xarici səyyahlar Şuşada - FOTO

79533

Bir qrup xarici səyyah və bloger Şuşa şəhərində olub.

Bizim.Media xəbər verir ki, onlar Azərbacanın görkəmli nümayəndələri olan Natəvan, Bülbül və Üzeyir Hacıbəyovun gülləboran edilmiş heykəllərinin yerləşdiyi şəhərini mərkəzi meydanında olublar.

Daha sonra onlar Xurşidbanu Natəvanın evinə, həmçinin Şuşa qala divarlarına və Cıdır Düzünə baş çəkiblər.

Səyyahlara şəhərin tarixi haqqında məlumat verilib. Onlar işğal altında olarkən Şuşada törədilmiş dağıntıları gözləri ilə görüb, aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.

Xatırladaq ki, bu gün bir qrup tanınmış xarici səyyahın Azərbaycanın azad edilmiş ərazilərinə səfəri başlayıb.
Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 səyyah üç gün ərzində Azərbaycanın azad edilmiş ərazilərində səfərdə olacaq.

Nümayəndə heyəti daha sonra Ağdama, Kəlbəcərə və Laçına gedəcək.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO