Xaçmazda ölkə üzrə daha bir ilk – GİLAS FESTİVALI - ÖZƏL 

Xaçmazda ölkə üzrə daha bir ilk – GİLAS FESTİVALI - ÖZƏL 

Hazırda oxunan: Xaçmazda ölkə üzrə daha bir ilk – GİLAS FESTİVALI - ÖZƏL 

79526

Xaçmaz rayonunda respublikada ilk dəfə olaraq gilas festivalı keçiriləcək.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, iyunun 25-də Xaçmaz şəhərinin Zəfər parkında reallaşacaq gilas bayramı əsas Kənd təsərrüfatı Nazirliyi və Xaçmaz icra hakimiyyətinin birgə təşkliatçılığı ilə keçiriləcək.  

Festivalda iştirakçılar növbənöv Xaçmaz gilası və ondan hazırlanan məmulatların sərgisi ilə və müxtəlif sərgilərlə tanış olacaqĺar.  

Festivalın yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işlərinə start verilib. Paytaxtdan və ətraf rayonlardan mötəbər qonaqların qatılacağı gilas bayramında 3695 hektar sahədə məhsul yetişdirən Xaçmaz fermerləri də yığımla yanaşı, hazırlıq işlərinə həvəslə başlayıblar.  

Festivalda pomidor kimi Xaçmaz gilasının da brendləşdirilməsi əsas məqsəd kimi qarşıya qoyulub.  

Qeyd edək ki, bundan əvvəl isə Xaçmaz rayonunda mayın 14-də ölkə üzrə ilk olaraq Yaz festivalı keçirilmişdi.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO