Bədənimizin əsas zülal mənbəyi olan mal ətinin keyfiyyət məsələsi uzun müddətdir ki, gündəmdə olan mövzulardandır. Qəssabların satdığı ətin marketdəkinə nisbətən daha ucuz olmasına baxmayaraq, bəzi insanlar yenə də marketdə satılan ətlərə üstünlük verirlər.
Səbəb isə marketdə satılan ətlərin səliqəli paketlənməsi və üzərində aidiyyəti qurumun nəzarətinin olmasıdır. Hər halda ekspertlər bunu iddia edir ki, marketə daxil olan ətlərin hamısı Qida Təhlükəsizliyi Agentliyinin xüsusi yoxlanışından keçir.
Maraqlıdır, ətləri marketdən, yoxsa ət kəsimi məntəqələrindən almalıyıq?
MÖVZU İLƏ BAĞLI:
Marketlərə ət haradan GƏTİRİLİR? – Yararsız ətə görə 5000 manat CƏRİMƏ
Kənd təsərrüfatı üzrə ekspert Elçin Bayramlı Bizim.Media-ya açıqlamasında marketlərdə satılan ətlərin çoxunun mənşəyi bilinməyən, əksər hallarda isə Hindistandan ucuz qiymətə alınıb marketlərdə baha qiymətə satılan ətlər olduğunu iddia edib.
Ekspert market və ət kəsimi məntəqələrində satılan ətləri xüsusiyyətlərinə görə fərqləndirib:
“Qəssabxanalarda satılan ət marketdəkindən daha təzə olur. Marketlər daha keyfiyyətli ət satdıqlarını qeyd etsələr də, alıcılara heç bir keyfiyyət sertifikatı təqdim etmirlər Qəssabxanalarda isə bir növ kəsiləcək heyvan öncədən nümayiş olunur.
Bundan əlavə ət kəsimi məntəqələrindən alınan ət daha tez bişir. Marketdən alınan ətlər isə əksinədir. Təzə ətdə müəyyən qədər bakteriyalar olur ki, onların bəziləri ət kəsiləndən 4-5 saaat sonra məhv olur. Marketdəki ətin isə nə zaman və harada kəsildiyi, nə qədər saxlanıldığı məlum deyil”.
Leyla Şah,Bizim.Media