Şirvanda daha bir “Bizim həyət” istifadəyə verildi - FOTO

Şirvanda daha bir “Bizim həyət” istifadəyə verildi - FOTO

Hazırda oxunan: Şirvanda daha bir “Bizim həyət” istifadəyə verildi - FOTO

79445

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində Şirvan şəhərində sayca ikinci həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Bizim.Media IDEA-ya istinadən xəbər verir ki, yenilənmiş həyət Şirvan şəhəri Leytenant Mahmud İbrahimov küçəsi 4 və 20 Yanvar küçəsi 4A ünvanında 400 nəfərə yaxın sakinin yaşadığı binaları əhatə edir.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançaları salınıb.

Sahəsi 1,5 ha olan həyətin ərazisində 4 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətə işıqlandırma dirəkləri qurulub, binaların fasadları, giriş hissələri təmir olunub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 350 ədəd ağac və kollar əkilib, yaşıllıq zolağı salınıb.

“Bizim həyət” layihəsinin əsas məqsədi həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO