Bilgəhdə qaz yoxdur - “Azəriqaz“dan AÇIQLAMA

Bilgəhdə qaz yoxdur - “Azəriqaz“dan AÇIQLAMA

Hazırda oxunan: Bilgəhdə qaz yoxdur - “Azəriqaz“dan AÇIQLAMA

7939

Sabunçu rayonu Bilgəh qəsəbəsində hazırda qazın təchizatı dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı “Facebook” hesabında məlumat verib.

“Bilgəhdə qaz yoxdur. O qədər soyuqdur ki, uşaqların əli yazı yazmaq üçün qələm tutmur. Bunlar necə vətəndaş böyüdürlər?"- deyə Ə.Zeynallı paylaşımında bildirib.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov ərazinin konkret hansı istiqamətində qaz təchizatı ilə bağlı problemdən xəbərsiz olduğunu deyib:

“Məsələni araşdırmaq üçün konkret abonentlər ya sizin vasitənizlə bizə, ya da birbaşa özümə müraciət edə bilərlər. Bilgəh və istənilən böyük yaşayış massivlərində ümumilikdə qaz dayandırılması ilə bağlı məsələlərə münasibət bildirmək olmur.

Yəqin ki, problem bir qrup vətəndaşa, bir məhəlləyə aid, yaxud ayrıca bir vətəndaşın özünün problemi ola bilər. Belə hallarda mütləqdir ki, onlarla koordinatlarla danışaq.

Mən ümumi danışaram, amma sonra məlum olar ki, Bilgəhin heç də bütün hissəsində deyildiyi kimi qaz dayanmayıb.  Bu baxımdan fərdi koordinatlar şikayətləri üzrə müraciət etsin məsələyə baxaq”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO