Daha 50 qazi avtomobillə TƏMİN EDİLDİ - FOTO

Daha 50 qazi avtomobillə TƏMİN EDİLDİ - FOTO

Hazırda oxunan: Daha 50 qazi avtomobillə TƏMİN EDİLDİ - FOTO

79340

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinin daha bir qrupuna avtomobillər təqdim edilib. 

Bizim.Media xəbər verir ki, 15 İyun - Milli Qurtuluş Günü münasibətilə 50 Vətən müharibəsi əlilinə “Xəzər” markalı minik avtomobili təqdim edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Sabah müharibə əlilləri avtomobillə təmin olunacaq - ÖZƏL 


Avtomobillərin təqdim edilməsi mərasimində Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, millət vəkili Arzu Nağıyev, Vətən Müharibəsi Qəhrəmanları Qəzənfər Ağayev və Cavid Behbudov, “Qarabağ qaziləri” İB-nin üzvü Rey Kərimoğlu iştirak ediblər.

Anar Kərimobun sözlərinə görə Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunub.

Bu sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edib, onlara 190 min xidmət göstərilib:

“Dəstək paketinin mühüm bir istiqaməti kimi, şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı 5 dəfə genişlənib. 2021-ci ildə 3 min, postmüharibə dövründə 3500 mənzil,  ötən dövrdə ümumilikdə 12500-dən çox mənzil və fərdi ev bu kateqoriyalardan olan vətəndaşlara  verilib. Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində son 4 ildə 1500-dək, ümumilikdə ötən dövrdə 7450 müharibə əlili avtomobillə təmin edilib. Hazırda Vətən müharibəsi əlillərinə  təqdim edilən 50 avtomobil də daxil olmaqla bu il 100 avtomobil müharibə əlillərinə verilib”. 

Qeyd edək ki, sözügedən avtomobillər ictimai nəqliyyatdan istifadə edə bilməyən, gediş-gəlişi çətin olan müharibə əlillərinə verilib.  

Xatırladaq ki, bu günə qədər 7400 avtomobil müharibə əlillərinə təqdim olunub.

Alçina Amilqızı, Rəşad Orucoğlu, Bizim.Media

























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO