Çingiz Mustafayevin vəfatından 30 il ötür

Çingiz Mustafayevin vəfatından 30 il ötür

Hazırda oxunan: Çingiz Mustafayevin vəfatından 30 il ötür

79328

Bu gün telejurnalist Çingiz Mustafayevin vəfatından 30 il ötür.

Bizim.Media xatırladır ki, o, 1992-ci il iyunun 15-də Qarabağda gedən döyüşlərdə şəhid olub.

Ç.Mustafayev 1960-cı il avqustun 29-da Rusiyanın Həştərxan vilayətində anadan olub. 1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb. 1983-cü ildə Azərbaycan Tibb Universitetini bitirib.

Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayandan sonra Ç.Mustafayev özünü bütünlüklə hərbi jurnalistikaya həsr edib. 1991-ci ildə Azərbaycan Dövlət Televiziyasında işləməyə başlayıb.

Onun o dövrdə informasiya blokadasında olan Azərbaycanda baş verənlərlə bağlı reportajları Amerika və Avropanın aparıcı agentlikləri və telekanalları tərəfindən yayımlanırdı. Dövlət televiziyasında mövcud olan senzuraya görə Ç.Mustafayev “215 KL” studiyasını yaradır.

O, “215 KL təqdim edir”, “Heç kim unudulmayacaq”, “Üz-üzə” verilişləri ilə xalqın sevimlisinə çevrilib.

Ç.Mustafayev real həyat təhlükəsinin olmasına baxmayaraq, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş qətliamın nəticələrini lentə alıb.

Həmin il iyunun 15-də Qarabağda Azərbaycan ordusunun hücumunu çəkməyə çalışan telejurnalist qəlpə parçasından ölümcül yaralanıb. Bu müddət ərzində onun kamerası çəkilişlərini davam etdirib.
1993-cü ildə Ç.Mustafayev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO