Agentlik kafe və restoranlara yanvarın 18-də “açılışa hazır olun” dedi

Agentlik kafe və restoranlara yanvarın 18-də “açılışa hazır olun” dedi

Hazırda oxunan: Agentlik kafe və restoranlara yanvarın 18-də “açılışa hazır olun” dedi

7932

“Bütün sahibkarlara müraciət etmişik ki, ayın 18-ə hazır olsunlar. Necə işləmək haqqında təlimatlar hazırlamışıq. Amma kafe və  restoranların açılması ilə bağlı qərarı Nazirlə Kabineti verir. Bu məsələ bizə aid deyil, hər ehtimala qarşı hazırlıq aparırıq”.

Bu sözləri Bizim.Media-ya Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərzəliyeva söyləyib.

O, əlavə edib ki, əgər yaxın günlərdə belə qərar verilərsə, bunun üçün sahibkarlara müraciət olunub.

Bildirilib ki, agentliyə məsul şəxslərin adların verilməlidir. Və bundan sonra  onlar qaydalara uyğun olaraq öz fəaliyyətlərini davam edə bilərlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə ölkədə 18 yanvar tarixinə kimi sərt karantin rejimidir.

Sərt karantin rejimi deyilən vaxtdan sonra uzadılmayacaq? sualına Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov cavab verdi ki, onlarda hələlik belə bir məlumat yoxdur.

Gülşanə Mustafayeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO