Bakı-Quba yolunda ötən gecə baş vermiş ağır qəzanın TƏFƏRRÜATI - ÖZƏL

Bakı-Quba yolunda ötən gecə baş vermiş ağır qəzanın TƏFƏRRÜATI - ÖZƏL

Hazırda oxunan: Bakı-Quba yolunda ötən gecə baş vermiş ağır qəzanın TƏFƏRRÜATI - ÖZƏL

79314

Ötən gecə Bakı-Quba yolunun 78-ci km-də, Siyəzən rayonu ərazisində baş verən ağır qəza yolun təmir-bərpa işləri gedən hissəsində qeydə alınıb.

Bizim.Media-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ağır fəsadları olan qəza Bakı-Quba yolunun təmir gedən hissəsində iki istiqamətli bir zolağında qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Siyəzəndə dəhşətli qəza: 2 qadın öldü, 5 yaralı var - YENİLƏNİB/FOTO


Sumqayıt sakini, 34 yaşlı Xalidə Xəlilzadə idarə etdiyi "Nissan Mikra" markalı avtomobillə Quba istiqamətinə gedərkən əks istiqamətdən gələn Siyəzən sakini, 31 yaşlı Azər Ağayevin idarə etdiyi "Mersedes SML" markalı avtomobillə toqquşub.

Nəticədə "Nissan"ın sürücüsü Xalidə Xəlilzadə hadisə yerində, sərnişini, 19 yaşlı Quba sakini Gülbəniz Əfqan qızı Qaçıyeva isə Siyəzən Müalicə-Dioqnostika Mərkəzində ölüb.

Hadisə zamanı "Mercedes"də 3, "Nissan"da isə 2 sərnişin olub. Müxtəlif xəsarətlər almış sərnişinlərin hamısı və "Mercedes"in sürücüsü Azər Ağayev Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə gətiriliblər. Yaralılara dərhal lazımi tibbi yardıımlar edilib. Mərkəzə daxil olan sərnişinlər arasında anası və xalası ilə 8 yaşlı qız da olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində CM-nin 263.3 maddəsi ilə cinayət işi açılıb. Hadisənin hansı sürücünün günahı ucbatından baş verdiyini təyin ediləcək avtotexniki ekspertizanın rəyi müəyyən edəcək.

Görünən odur ki, sürücülər təmir gedən yolda yol polislərinin nəqliyyat vasitələrini ehtiyatla və təmir işlərinin getdiyini nəzərə almaqla idarə etmələri üçün etdiyi tövsiyələrinə məhəl qoymurlar.

Təəssüf ki, bu, həmin yolda ilk hadisə deyil. Təmir gedən Bakı-Quba yolunun 68-ci km-də də mayın 30-da ağır qəza baş vermiş, "Mitsibushi Pikap" markalı avtomobillə motosiklet toqquşmuş, 27 yaşlı nişanlı Xızı sakini ölmüşdü.

Ötən gün baş verən qəzanın fəsadları da göz qabağındadır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO