Qubada “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək

Qubada “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək

Hazırda oxunan: Qubada “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək

79298

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Quba və ətraf rayonların sakinlərini və qonaqlarını 18 iyun tarixində təşkil olunacaq KOB Fest sərgi-satış yarmarkasına dəvət edir.

Bizim.Media xəbər verir ki, yarmarkada KOB subyektləri tərəfindən istehsal edilən qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. “KOB Fest” çərçivəsində həmçinin, təhsil, informasiya texnologiyaları, maliyyə və s. xidmət sahələrində bölgədə fəaliyyət göstərən KOB-ların xidmətləri təqdim olunacaq. Festival ərzində mədəni-əyləncəli proqram təşkil ediləcək.

Aprel ayından start götürən “KOB Fest” sərgi-satış yarmarkasının  təşkilində məqsəd müvafiq şəhər və rayonlarda fəaliyyət göstərən KOB subyektlərinin istehsal etdiyi məhsulların satışına dəstək olmaq, yerli məhsulları tanıtmaq, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələri genişləndirməkdir.

Quba rayonunda Nizami parkında təşkil olunacaq “KOB Fest” sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO