MEDİA Agentliyində Milli Qurtuluş Günü ilə bağlı TƏDBİR KEÇİRİLDİ 

MEDİA Agentliyində Milli Qurtuluş Günü ilə bağlı TƏDBİR KEÇİRİLDİ 

Hazırda oxunan: MEDİA Agentliyində Milli Qurtuluş Günü ilə bağlı TƏDBİR KEÇİRİLDİ 

79277

Bu gün  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində “Milli Qurtuluş Günü Azərbaycan mediasının yaddaşında” mövzusunda tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən sözügedən qurumun İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, xalqımızın taleyində böyük ictimai, siyasi və tarixi əhəmiyyət daşıyan bu günün memarı olan ümummilli lider Heydər Əliyevin şəxsiyyəti, özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi sayəsində xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi.

"Bu sayədə Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı və 15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər memarı Ulu Öndər Heydər Əliyev olan dövlətimizin qüdrətini daha da artırdı", - deyə Ə.İsmayılov əlavə edib.
Tədbirdə digər çıxış edənlər ulu öndərin həmişə jurnalist peşəsinə dərin hörmət bəslədiyini, mətbuat işçiləri ilə yaxın təmasda olduğunu, onların problemləri ilə maraqlandığını və heç bir zaman köməyini əsirgəmədiyini vurğulayıblar.

Ümummilli lider Heydər Əliyevin nurlu xatirəsinin Azərbaycan mətbuatının tarixində, jurnalistlərin qəlbində əbədi yaşayacağını bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO