Komitə: Ən çox maddi yardımla bağlı müraciət edilib

Komitə: Ən çox maddi yardımla bağlı müraciət edilib

Hazırda oxunan: Komitə: Ən çox maddi yardımla bağlı müraciət edilib

7926

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz Əsasnaməsinə uyğun olaraq, 2020-ci ildə vətəndaşların ərizə və şikayətlərinə baxılması və qaldırılan məsələlərin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirib.

Bizim.Media-ya Komitədən verilən məlumata görə, bu il ərzində  quruma vətəndaşlardan 6506 müraciət, o cümlədən 4627 ərizə, 1876 şikayət daxil olub. Müraciətlərdən 964-ü qəbul zamanı təqdim edilib.

Cari il ərzində komitəyə vətəndaşların müraciətləri ilə bağlı 691 cavab məktubu daxil olub.

Hər ayın sonu daxil olan müraciətlərlə bağlı təhlil aparılaraq, komitə rəhbərliyinə müvafiq arayış təqdim olunur.

Daxil olmuş müraciətlər müəyyən olunmuş müddət çərçivəsində araşdırılıb, onların həlli yolunda lazımi tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara göndərilib.

İlin yekunlarına əsasən, vətəndaşların müraciətlərinin ərazi və mövzular üzrə statistik təhlili aparılıb və nəticədə ən aktual problemlər müəyyən edilib.

28 dekabr 2020-ci ildə keçirilən kollegiyanın yekun iclasında qeyd olunduğu kimi, aparılan araşdırılma zamanı məlum olub ki, bu ildə komitəyə ən çox Bakının Yasamal, Binəqədi, Suraxanı rayonlarından, həmçinin Sumqayıt şəhərindən, Sabirabad, Lənkəran, Saatlı, rayonlarından müraciətlər daxil olub.

Müraciətlərin əksəriyyəti maddi yardım, müalicə və müayinə olunmağa köməklik, uşaqla keçirilən fərdi məşğələlər, iş, mənzil və ya fərdi ev tikmək üçün torpaq sahəsi ilə təmin edilmə, müxtəlif yönümlü sosial müavinətlərin alınması, aliment ödənilməsi ilə bağlıdır.

Komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinə 2020-ci il ərzində 3397 müraciət daxil olub.

Pandemiya dönəmində ailələrə dəstək olmaq məqsədilə 1500 ailəyə səfər edilib, 361 nəfərə psixoloji dəstək, 834 uşağa onlayn məşğələ keçirilib, 2446 ailəyə ərzaq yardımı, 1020 ailəyə məlumat vərəqəsi, 1562 nəfərə mərkəzlərin könüllüləri tərəfindən tikilmiş tibbi maskalar paylanılıb.

Koronavirusla mübarizə kampaniyası çərçivəsində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətindən 8625 nəfər bəhrələnib.

Vətən müharibəsi dönəmində müvəqqəti olaraq sığınacaqlara yerləşdirilən ailələrə səfərlər edilmiş, onların tibbi-sosial-hüquqi problemləri araşdırılaraq, psixososial dəstək göstərilib, eyni zamanda sığınacaq şəraitində 450 uşağa inkişafetdirici məşğələlər keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO