Gəncə-Daşkəsən bölgəsində XI sinfi bitirən şagirdlərin SAYI açıqlandı 

Gəncə-Daşkəsən bölgəsində XI sinfi bitirən şagirdlərin SAYI açıqlandı 

Hazırda oxunan: Gəncə-Daşkəsən bölgəsində XI sinfi bitirən şagirdlərin SAYI açıqlandı 

79255

Bu il Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində XI sinfi bitirən şagirdlərin sayı 5185-dir.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna məlumatı redional idarənin rəisi Anar Qədiməliyev verib.  

Onun sözlərinə görə, 2021-2022-ci tədris iliində idarə üzrə I sinfi bitirən şagirdlərin sayı - 8267 nəfər, IX sinfi bitirən şagirdlərin sayı - 7081 nəfərdir.  

Bu tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə 417 müəllim işə qəbul olub.  

A.Qədiməliyev onu da əlavə edib ki, ötən tədris ilində regional təhsil idarəsinin tabeliyində olan tədris müəssisələrinin şagirdlərindən 7 nəfər - “Könlüm keçir Qarabağdan” respublika incəsənət festival-müsabiqəsinin qalibi olub.  
Bundan başqa Respublika Fənn Olimpiadasında 4 nəfər gümüş, 1 nəfər isə bürünc medala layiq görülüb.  

İdarə rəisi ötən tədris ilində “Düşünən oxucu” müsabiqəsində 4 , "Zəfər yolu" inşa müsabiqəsində isə bir şagirdin I, birinin isə III yerə layiq görüldüyünü əlavə edib.  

2021-2022-ci tədris iliində idarə üzrə “Ən yaxşı təqdimat” müsabiqəsində 1 nəfər I dərəcəli, 1 nəfər II dərəcəli, 2 nəfər isə III dərəcəli diplomla təltif edilib. Bu dövrdə Lütfi Zadə adına məntiq olimpiadasında 1 nəfər qızıl, 1 nəfər gümüş, 2 nəfər isə bürünc medala layiq görülüb.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO