Xudatda 31 yaşlı gənc evində öldü - ÖZƏL

Xudatda 31 yaşlı gənc evində öldü - ÖZƏL

Hazırda oxunan: Xudatda 31 yaşlı gənc evində öldü - ÖZƏL

79208

Xaçmazın Xudat şəhərində 31 yaşlı sakin içkidən dünyasını dəyişib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xudat şəhər sakini Vüqar İbrahim oğlu Şirinov yaşadığı evdə ölüb. 

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Mərhumun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib, tibbi ekspertiza edilib.  

İlkin olaraq onun həddindən çox spirtli içki qəbul etdiyindən öldüyü deyilir.  Xaçmaz rayon Prokurorluğunda fakta görə araşdırma başlayıb.  

V.Həşimovun ölüm səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO