Tərtər məzunlarının “Son zəng”i - FOTO

Tərtər məzunlarının “Son zəng”i - FOTO

Hazırda oxunan: Tərtər məzunlarının “Son zəng”i - FOTO

79193

Tərtər rayonunda orta məktəblərdə “Son zəng” tədbirləri keçirilib. Rayon üzrə 647 nəfər şagird XI sinfi, 899 nəfər şagird isə IX sinfi bitirib.  

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, tədbirlərdə Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, veteranlar, məktəb kollektivləri, valdeynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.  

Tədbirlər Dövlət himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının yad edilməsi ilə başlayıb. 

Tərtər şəhər 1 saylı, 5 saylı, 6 saylı tam orta məktəblərdə və 2 saylı məktəb-liseydə rayon rəhbəri Müstəqim Məmmədov da iştirak edib. O, kollektiv önündə çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Son zəng mərasimləri bədii hissələrlə davam etdirilib.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO