Şuşaya gedə bilməyən 370 alimin ödənişi GERİ QAYTARILDI - ÖZƏL

Şuşaya gedə bilməyən 370 alimin ödənişi GERİ QAYTARILDI - ÖZƏL

Hazırda oxunan: Şuşaya gedə bilməyən 370 alimin ödənişi GERİ QAYTARILDI - ÖZƏL

79192

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimlərinin Şuşaya getməklə bağlı üzləşdikləri problem hələ də müzakirə olunur. 

Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin elmi işçisi və müəllimi Əlvan Cəfərov tərəfindən AMEA-nın 470 aliminin hər birindən Şuşada keçiriləcək elmi konfransda iştirak üçün 70 manatdan pul yığılıb.

AMEA-nın təşəbbüsü ilə onların içərisindən 100 nəfər seçilərək Şuşaya göndərilib, qalan 370 nəfərin Şuşa səfəri isə verilən vədə uyğun həyata keçirilməyib.

Narazı alimlər bununla bağlı mediaya çıxaraq, ya Şuşa səfərində iştiraklarının təmin olunmasını, ya da pullarını geri verilmələrini istəmişdilər. Artıq 370 alimin pulları geri qaytarılıb. 

Bununla bağlı Bizim.Media-ya İqtisadi Yüksəliş və Sosial Araşdırmalar İnstitutunun təmsilçisi Əlvan Cəfərov məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

AMEA-nın 470 alimini Şuşaya aparmaq adı ilə bu təşkilat ALDADIB – Rəsmi AÇIQLAMA


Onun sözlərinə görə Şuşaya gedə bilməyən alimlərin ödənişləri kart vasitəsilə özlərinə qaytarılıb:

“Ola bilər ki, bir neçə nəfərinin ödənişi geri qaytarılmayıb. Sizin media vasitəsilə onlara da çağırış edirəm. Mənlə əlaqə yaradıb pullarını geri götürə bilərlər. Narazı alimlərlə aramızda hər hansı qalmaqal filan da yaşanmayıb. Mediada xəbər yayılmışdı ki, guya polisə şikayət ediblər və ərizə yazıblar. Elə bir şey yoxdur. Burada dələduzluq olmayıb. Tələskınlik edib, etiraza qalxdılar. Halbuki bizim də istəyimiz Şuşaya getmələri idi. Bu dövlət konfransı idi və orada iştiraka görə bizə konkret sayla bağlı məlumat gəlməmişdi. Akademiya vvə biz də çaşqın vəziyyətdə qaldıq. Mən isə dələduz kimi qələmə verildim.

Şuşada nə qədər igid oğlanlarımız şəhid olub, orada qəhrəmanlıq tarixi yazıblar. O boyda şərəfsizlik edərəmmi? Sadəcə anlaşılmazlıq oldu”, - deyə Əlvan Cəfərov qeyd edib. 

Qeyd edək ki, AMEA saytımıza açıqlamasında tədbirin təşkilatçısının İqtisadi Yüksəliş və Sosial Araşdırmalar İnstitutu olduğunu bildirmişdi.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO