Azərbaycanlı rəssam Selçuk Bayraktarın portretini çəkdi - FOTO

Azərbaycanlı rəssam Selçuk Bayraktarın portretini çəkdi - FOTO

Hazırda oxunan: Azərbaycanlı rəssam Selçuk Bayraktarın portretini çəkdi - FOTO

79186

“TEKNOFEST Azərbaycan” festivalı başa çatsa da, bu tarixi hadisə insanların yaddaşında xoş təəssüratlarla yadda qalıb. Şəmkirdə yaşayıb-yaradan incəsənət nümayəndəsi, rəssam Fərman Hüseynov “TEKNOFEST”in keçiriləcəyi günü səbirsizliklə gözləyənlərdən biri olub. Məqsədi isə Selçuk Bayraktarla görüşmək və ona onun portretini təqdim etmək idi.

Bizim.Media xəbər verir ki, 67 yaşlı rəssam Fərman Hüseynov son illər yaradıcılığında vətənpərvərlik mövzusuna daha geniş yer verir.

“44 günlük müharibədən sonra Selçuk Bayraktarın portretini işləməyi qərara aldım. Onun ixtira etdiyi “Bayraktar” PUA-sı Vətən müharibəsində qələbə qazanmağımızda xüsusi rol oynadı. Ona görə də hər birimizin Selçuk Bayraktar böyük sevgisi, rəğbəti var.

Mən onun portretini işləyərkən fikirləşdim ki, görəsən, nə zamansa onu özünə təqdim edə biləcəyəm? İş elə gətirdi ki, mayın son günlərində Bakıda “TEKNOFEST” keçirildi. Mən də orada idim. Elə ilk görüşdə Selçuk Bayraktar dedi ki, səni tanıyıram, əl işini də görmüşəm. Portretini ona təqdim edəndə isə çox məmnun oldu” – deyə rəssam Fərman Hüseynov bildirib.

Əsərlərinin əksəriyyətini qrafika janrında işləyən rəssam elə Bayraktarın portretini də bu üslubda çəkib.

Əslində miniatür rəssam olsa da, son vaxtlar Vətən müharibəsi onun yaradıcılığına xeyli təsir göstərib. Bununla da qrafikaya keçib.

Hazırda 200-dən çox görkəmli şəxsiyyətin, həmçinin şəhidlərin portretləri üzərində işləyən rəssam, 30 ilə yaxın düşmən tapdağında olan, viran qoyulan Qarabağ torpaqlarında bir neçə gün qalıb orada yaradıcılıqla məşğul olmaq istəyir.

“Miniatürçü rəssam kimi Qarabağla bağlı əsərlər üzərində işləmək istəyirəm. Yəni, ermənilərin kəndlərimizi, şəhərlərimizi hansı hala salmasını, acınacaqlı vəziyyətini göstərmək istərdim”. Azərtac onun dediklərindən sitat gətirib.
Rəssam Fərman Hüseynovun vaxtilə ölkə hüdudlarından kənarda 20-dək sərgisi keçirilib. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO